Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək
İyunun 29-da Vergilər naziri Mikayıl Cabbarov Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qəbələ, İsmayıllı və Oğuz rayon sakinlərini qəbul edəcək.
 
Nazirlikdən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 25-28 iyun 2018-ci il tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, İsmayıllı rayonunda vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Tural

Xəbər 114 dəfə oxundu.