“Azərbaycan, Ermənistan və Rusiya qərara gəlmişdi ki, 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın“
"Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır"
"Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir".
APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin Cocuq Mərcanlı kəndində rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə keçirilən "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransda bildirib.
A. Duqin deyib ki, Qarabağdan azərbaycanlılar qovulduqdan sonra "DQR" heç vaxt legitim hesab oluna bilməz: "Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə roludur".

Xəbər 144 dəfə oxundu.