Ötən il Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsi 46 milyon manatdan çox olub

Ötən il Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsi 46 milyon manatdan çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, son dövrlər Azərbaycanda elektron ticarət dövriyyəsi sürətlə inkişaf edir. Belə ki, 2016-cı ildə ölkədə pərakəndə ticarət dövriyyəsi 25 milyon manat, 2017-ci ildə isə 46 milyon manatdan çox olub.

Xəbər 63 dəfə oxundu.