“Gəncə hadisəsində əli olan hər kəs məsuliyyətə cəlb olunmalıdır”
“Gəncə şəhəri Azərbaycanımızın ürəyidir! Ermənistan xüsusi xidmət orqanları başda olmaqla, bir cox xarici qüvvələr öz çirkin əməllərini həyata keçirmək üçün məhz Gəncə şəhərini seçməsi heç təsadüf deyildir”. Bu fikri 10 iyulda Gəncədə baş verən hadisələrlə bağlı “Palitra”ya açıqlamasında Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov dedi.
Çingiz Bayramov bildirdi ki, Gəncə şəhəri tarixən Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğu və dövlətimizin ilk paytaxtıdır: “Milli və mənəvi dəyərlərə bağlı olan qədim Gəncə şəhərində dini radikal ünsürlər dövlətimizin polisinə əl qaldırılması və iki qəhrəman polisimizi şəhid etməsi ən böyük cinayətdir. Bu hadisədə yaxından və ya uzaqdan əli olan hər bir kəs məsuliyyətə cəlb olunmalı və hüquqi müstəvidə layiqli cəzasını almalıdır. Azərbaycan dövlətçiliyini qorumaq hər bir Azərbaycan vətəndaşının təbii borcudur!”.

Fuad

Xəbər 93 dəfə oxundu.