“Kris” tufanı güclənərək qasırğa həddinə çatıb
Atlantik okeanında yaranmış “Kris” tufanı qasırğaya çevrilib. Bu barədə ABŞ Qasırğaları Milli Müşahidə Mərkəzi məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, “Kris” Saffir-Simpson şkalasına görə ikinci dərəcəli qasırğa hesab edilir. Atmosfer təzyiqinin episentrində küləyin surəti saniyədə 47 metrdir. Onun daha da güclənəcəyi gözlənilir. “Kris” hazırda Şimali Karolina ştatının sahillərindən 390 kilometr cənub-şərqdədir. Bu, son aylarda Atlantik okeanında formalaşan ikinci qasırğadır. Bundan əvvəl “Beril” qasırğası olub və tez zəifləyib.
Mahmud

Xəbər 52 dəfə oxundu.