“Kompüter qurğuları bazarında durğunluq hökm sürür”
“Gartner” şirkəti dünya kompüter qurğuları (masaüstü sistemlər, noutbuk, ultrabuk, planşet, smartfon və mobil telefonlar) bazarı üzrə proqnoz təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, qiymətləndirməyə görə, 2017-ci ildə qeyd olunan kateqoriyalara aid qurğuların ümumi tədarükü 2,26 milyard ədəd səviyyəsində olub. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl satış həcmi 2,33 milyard ədəd təşkil edib. Beləliklə, 3 faizə yaxın azalma qeydə alınıb.
Analitiklərin proqnozuna görə, bu il bazarın həcmi 2,28 milyard ədədə çatacaq. Bu, ötən illə müqayisədə 0,9 faiz artıma uyğun olacaq.
2019-cu ildə tədarükün 2,30 milyard ədəd, 2021-ci ildə isə təxminən 2,31 milyard ədəd təşkil edəcəyi gözlənilir.
Başqa sözlə, qlobal kompüter qurğuları bazarında durğunluq hökm sürür: satış zəif templə artacaq.
Bundan əlavə, müxtəlif tipli kompüterlər seqmentində tələbatın azalacağı proqnozlaşdırılır. 2018-2019-cu illərdə tədarük 2017-ci ildəki 420 milyon ədəddən 415 milyon ədədədək, 2020-ci ildə isə 413 milyon ədədədək azalacaq.
Mobil qurğular sektorunda 2018, 2019 və 2020-ci illərdə tədarük həcminin 2017-ci ildəki 1,84 milyard ədəddən müvafiq olaraq 1,87, 1,89 və 1,90 milyard ədədədək artacağı gözlənilir.


Mahmud

Xəbər 91 dəfə oxundu.