“Dövlətimiz əmin əllərdədir”
“Bir qrup radikal zümrənin dövlətimizə qarşı planı fiaskoya uğradı”. Bu sözləri Avrasiya Kombat Ciu-Citsu Federasiyasına prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal gənc Aqil Acalov bildirib. O deyib ki, Gəncədə baş verən hadisələr birbaşa xaricdən dəstək alan antimilli qüvvələrin Azərbaycanda sabitliyi, əmin-amanlığı pozaraq, Azərbaycan dövlətçiliyinə, Azərbaycanın müstəqilliyinə, dünyəviliyinə qarşı atılan addımlardı və bu bir daha onu göstərdi ki, Azərbaycanın uğurunu istəməyən antimilli qüvvələr Azərbaycanın hər gün artan yüksəlişindən çox narahatdırlar: “Hüquq mühafizə orqanlarının ayıq-sayıqlığı və cəmiyyətin radikal zümrəyə dəstək verməməsi onların planlarını puça çıxartdı. Dövlətimiz əmin əllərdədir. Dünənki hadisələr bunu bir daha ortaya qoydu. Xalqımız bu kimi təxribatçı, xain qüvvələrə dəstək verməyəcək. Təəssüf ki, dünən radikal dini yönümlü şəxslərin yaratmış olduğu hadisə nəticəsində 2 polis əməkdaşımız İlqar Balakişiyev və Səməd Abbasov şəhid oldular. Avrasiya Kombat Ciu-citsu Federasiyası adından və şəxsən öz adımdan həyatlarını itirən polislərimizin ailələrinə baş sağlığı verir bu hadisəni kəskin şəkildə qınayırıq. Xalqımızı əsasda gənclərimizi bu cür provakasiyalara uymamağa çağırırıq.Allah rəhmət eləsin!”
Tural

Xəbər 178 dəfə oxundu.