“Gəncədə baş verən hadisə vətənimizə qarşı yönələn bir təxribatdır”
"Misirdə yaşayan Azərbaycanlılar olaraq biz daim dövlətimizin yanındayıq və Vətənimizə qarşı yönələn bütün təxribatları pisləyirik". Bu sözləri  “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, Qahirə Universitetinin müəllimi Seymur Nəsirov deyib. O, iyulun 10-da Gəncədə baş verən hadisənin ölkəmizə, vətənimizə qarşı yönələn bir təxribat olduğunu bildirib və insanların bu təxribata uymamağını tövsiyyə edib: "Biz bir azərbaycanlı olaraq xalqımıza qarşı, hüquq mühafizə orqanlarımızın əməkdaşlarına qarşı törədilən bu qanlı hadisəni pisləyirik. Ümumiyyətlə, ölkəmizə qarşı hər hansı bir təxribat olarsa, prezidentimizin ətrafında sıx birləşərək mübarizə aparmağa hazırıq. Mən insanları fitnələrə uymamağa çağırıram. İstər daxildə, istərsə də xaricdə hər hansı bir provokasiyalara getmək olmaz".

Xəbər 64 dəfə oxundu.