OPEC neft hasilatını artırıb
İyunda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft istehsalı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft istehsalı iyunda may ayı ilə müqayisədə gündəlik 173 min barrel artaraq 32 milyon 330 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 33 faiz təşkil edib.
Ötən ay OPEC üzrə neft istehsalını ən çox artıran ölkə Səudiyyə Ərəbistanı olub. Bu ölkənin neft hasilatı 405 min 400 barrel artaraq gündəlik 10 milyon 420 min barrelə yüksəlib.
İyunda OPEC-ə üzv ölkələrdən neft istehsalı ən çox Liviyada azalıb. Ölkədə neft hasilatı 254 min 300 barrel azalaraq sutkalıq 708 min barrelə geriləyib.
Dünya üzrə 2 min 232 neft platforması istismara verilib ki, onların 544-ü OPEC-ə üzv olan ölkələrdədir.
Mahmud

Xəbər 53 dəfə oxundu.