İyulda qlobal neft təklifi gündəlik 99,4 milyon barrel olub

Qlobal neft təklifi bu ilin iyul ayında iyunla müqayisədə gündəlik orta hesabla 300 min barrel artaraq 99 milyon 400 min barrel təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft hasilatı 260 min barrel çoxalaraq sutkalıq 60 milyon 300 min barrelə çatıb. Qeyri-OPEC ölkələrinin neft istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə gündəlik 1,9 milyon barrel artıb.

Xəbər 80 dəfə oxundu.