Sığorta bazarında yeni məhsul
Azərbaycan sığorta sektorunda daim müştərilərin məmnuniyyətini düşünən “AtaSığorta” ASC bu dəfə “Petrollu Kasko” adlı yeni könüllü sığorta məhsulunu təqdim edib.
“Petrollu Kasko” məhsulu öz sərfəli şərtləri ilə seçilir. Belə ki, “Petrollu Kasko” məhsulunu əldə edən müştəriyə sığorta olunan avtomobilin dəyərinin 1%-i həcmində yanacaq hədiyyə edilir. Məhsul bazar dəyəri 10 000 manatdan 80 000 manata qədər avtomobillər üzrə fiziki şəxslərə təklif olunur.
“Petrollu Kasko” məhsulu əldə edərkən avtomobil tam dəyərində sığorta olunur. Məhsulun sığorta tarifi bazar şərtlərinə uyğun olaraq çox sərfəlidir. Məsələn, dəyəri 30 000 manat olan avtomobil üzrə 300 manat dəyərində yanacaq müştəriyə hədiyyə olunur. Hədiyyə olunan yanacağın 50 %-i sığorta müqaviləsi rəsmiləşdirilən zaman, 50 %-i isə 3 aydan sonra müştəriyə təqdim olunur.
Məhsulun yaranmasında əsas məqsəd fiziki şəxslərə avtomobillərini sığorta etməklə yanaşı hədiyyə almaq imkanı verməkdir. Məhsulun şərtləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər (+99 412) 510 40 58 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Həmçinin, məhsulu www.atasığorta.az internet səhifəsindən online sifariş etmək mümkündür.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 milyon manata yaxın aktivlərə malik olmaqla 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir.
AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

Tural

Xəbər 143 dəfə oxundu.