Heydər Əliyev Mərkəzində “Soprano“ qrupunun konserti olacaq | |
![]() Kollektivin repertuarına müxtəlif janrlarda əsərlər – klassika, pop, rok, folklor, caz daxildir. Qrup konsert proqramlarında musiqi şoularını auditoriya ilə interaktiv şəkildə təqdim edir. “Soprano” bir sıra beynəlxalq idman tədbirlərinin – Soçidə keçirilmiş Formula 1 Qran-pri yarışlarının, futbol oyunlarının, hər il keçirilən "Birinci kanalın kuboku" xokkey turnirinin musiqili səfiri olub. “Turetski xoru” və “Soprano” art qrupları 2017-ci ildə bir sıra ölkələrdə "Qələbə mahnıları" adlı sülhməramlı aksiya təqdim edib. “Soprano” Pekində dünyanın ən böyük teleşoularından olan “Spring Festival Global Gala 2016”da çıxış edib və həmin televiziya efirini 1 milyard tamaşaçı izləyib. Qeyd edək ki, “Turetski xoru”nun Heydər Əliyev Mərkəzində oktyabrın 10-da keçirilən konserti anşlaq və maraqla izlənilib. Daha bir gözəl şou-"Soprano" art qrupunun konsertinin biletlərini Mərkəzin kassası, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar. https://iticket.az/az/events/concerts/the-soprano-group-s-concert/4152 |
|
Xəbər 162 dəfə oxundu. |
|
|