Baqratyan: “Yeni hökumətin inkişaf barədə dedikləri şişirdilmiş rəqəmlərdən ibarətdir”
“İlin birinci rübü ilə müqayisədə ikinci rübdə ölkədəki investisiya 11 dəfə azalıb”

Ötən gün şəxsi «Facebook» səhifəsində Ermənistanın iqtisadi çevriliş üçün sürət götürməyə hazırlaşdığını yazan yeni baş nazirin dedikləri bəzi erməni iqtisadçıları tərəfindən şübhə ilə qarşılanıb. Məsələn, baş nazir yazır ki, «ölkədə baş verən inqilabdan sonra, yəni may ayının əvvəlindən günümüzə qədər bank sisteminin aktivləri 10,5 faiz, kreditlər 7,0 faiz, fiziki şəxslərə verilmiş kreditlər 10,4 faiz, hüquqi şəxslərə verilən kreditlər isə 4 dəfə artıb. Depozitlər, yəni ölkədəki fiziki və hüquqi şəxslərin bankda saxlanılan pul vəsaitləri 9,2 faiz artıb».
Maraqlıdır ki, erməni baş nazirin dediklərinə ilk reaksiya, vaxtilə Ermənistanın baş naziri olmuş iqtisadçı Qant Baqratyan tərəfindən gəlib. Yeni baş nazirin ölkə iqtisadiyyatı barədə «narahatçılıq» keçirdiyni adi hal kimi dəyərləndirən sabiq nazir «ikinci rübdə birinci rüblə müqayisədə ölkədəki investisiyanın 11 dəfə azaldığını» yeni baş nazirin diqqətinə çatdırır.

Baqratyanın sözlərinə görə, vaxtilə sabiq prezident S.Sarkisyan da belə şişirdilmiş rəqəmlərlə çıxış etməyi sevirdi. Lakin bir neçə dəfə etiraz ediləndən sonra o, bunlara ara verməli oldu.

Qant Baqratyan özünün şəxsi “Facebook” səhifəsində yeni nazirin bütün arqumentlərinin heç bir əsası olmadığını, yəni dediyi «faktlar»ın heç birinin reallığı əks etdirmədiyini, Paşinyanın yazdıqlarının hamısının səhv olduğunu bildirir. Baqratyanın sözlərinə görə, vaxtilə sabiq prezident S.Sarkisyan da belə şişirdilmiş rəqəmlərlə çıxış etməyi sevirdi. Lakin bir neçə dəfə etiraz ediləndən sonra o, bunlara ara verməli oldu. Baqratyan daha sonra yazır: «Qeyd etmək istərdim ki, mən bu ilin may-sentyabrını ötən ilin may-sentyabr ayları ilə, ötən ilin dekabr-aprel aylarını, sadəcə, aprel ayı ilə müqayisə etdim. Mövsümi bir faktor var, axı. Bu, yanlış bir müqayisədir».
Maraqlıdır ki, Ermənistan Mərkəzi Bankının baş nazirin səlahiyyətlərinə daxil edilmədiyini xatırladan Baqratyan, əgər belə bir «tərəqqi» varsa, o halda niyə bu barədə bankın özünün məlumat verməməsini sual kimi Paşinyana ünvanlayır: «Təbii ki, bu halda da onların verdiyi rəqəmlərin düzlüyünə istinad etmək olmaz, çünki Mərkəzi Bank da həmişə şişirdilmiş yalanları ilə tanınıb».
Ağasəf Babayev






Xəbər 163 dəfə oxundu.