Azərbaycan karateçiləri dünya çempionatında
Noyabrın 8-də Qazaxıstanın Aktau şəhərində Aşihara kaykan karate idman növü üzrə dünya çempionatına start verilib. Noyabrın 10-a kimi davam edəcək çempionatda Azərbaycan yığma komandası 11 döyüşçü ilə təmsil olunur. Bu gün iki idmançımız öz gücünü sınayacaq. Bu haqda Aşihara Karate Federasiyasının vitse-prezidenti Vüsal Məmmədov özəl olaraq “Palitra”ya məlumat verib.
İdmançılarla yanaşı, nümayəndə heyətinin tərkibinə Aşihara Karate Federasiyasının rəhbəri Maarif Bağırov, vitse-prezidentlər Vüsal Məmmədov və Umud Mirzəyev də qatılıblar. Qeyd edək ki, Azərbaycan Aşihara Karate Fedrasiyası 1998-ci ildə yaradılıb.

Fuad



Xəbər 198 dəfə oxundu.