Ali təhsil ocağında “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar maarifləndirici tədbir keçirilib
Naxçıvan Dövlət Universitetində “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yol hərəkəti qaydalarının təşkili ilə bağlı keçirilən maarifləndirici söhbətlərin əhəmiyyətindən bəhs edib.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin idarə rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov muxtar respublikada yol nəqliyyat kompleksinin beynəlxalq standartlar səviyyəsində qurulduğunu bildirib. Vurğulanıb ki, Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması layihəsi uğurla icra olunur,Culfa Ordubad magistral avtomobil yolu yenidən tikilir.Piyada keçidlərinin qurulmasında 3D formatından istifadə edildiyini qeyd edən polis polkovnik-leytenantı bu cür keçidlərin hərəkət iştirakçılarının avtomobil yollarında daha rahat və təhlükəsiz istifadəsinə xidmət etdiyini diqqətə çatdırıb. Muxtar respublikada quraşdırılan 167 nəzarət müşahidə kameralarıvasitəsilə yol hərəkətini pozanlara qarşı qanunamüvafiq tədbirlər görülsə də keçirilən tədbirlərə baxmayaraq qaydalara əməl etməyənlərin də kifayət qədər olduğu diqqətə çatdırılıb. Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ziyalıların-xüsusən ali təhsil alan gənc nəslin üzərinə yük düşdüyünü deyən polis polkovnik-leytenantı tələbələri yol hərəkəti qaydalarıyla digər vətəndaşlara nümunə olmağa çağırıb.
Nazirliyin Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılov nizamlanan və nizamlanmayan piyada keçidləri,işiqfordan istifadə qaydaları,yol hərəkəti qaydalarını pozmağa görə cərimələnmə məsələlərindən ətraflı danışıb.Qeyd olunub ki,inzibati xətalar məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görəsürücülərlə yanaşı piyadalarında kifayət qədər məsuliyyəti nəzərdə tutulub.Ayaz İsmayılov bütün bunları videoçarx vasitəsi ilə geniş izah edib,müəllim və tələbələrin diqqətinə çatdırıb.
Universitetin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Rəhman BabayevYol hərəkətinin təhlükəsizliyində piyadaların vəzifələrindən danışıb.
Sonda Naxçıvan Televiziyasının hazırladığı “Piyada keçidindən keç,həyatından keçmə” videoçarxı nümayiş etdirilib.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri


Xəbər 102 dəfə oxundu.