“Qarabağ“ səfərdə “Vorskla“ üzərində qələbə qazanıb

Fasilədən sonra ukraynalı fanatlar meydana yandırıcı maddələr atdıqlarına görə isveçrəli referi oyunu dayandırıb.
Görüş bir neçə dəqiqədən sonra davam etdirilib. Buna baxmayaraq, hesab dəyişməyib. Beləliklə, “Qarabağ” səfərdə "Vorskla" klubunu məğlub edərək, turnirdə ilk qələbəsini qazanıb.

X X X

Qoldan sonra hücumlarını davam etdirən Qurban Qurbanovun yetirmələri rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsalar da hesab dəyişməyib.
İlk hissə "Qarabağ"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

X X X

"Qarabağ" səfərdə Ukraynanın "Vorskla" klubu ilə oyunda hesabda önə keçib.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 13-cü dəqiqəsində Maksim Medvedevə qarşı qayda pozuntusuna görə oyunun baş hakimi ukraynalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Araz Abdullayev dəqiq zərbə ilə adını tabloya yazdırıb - 0:1. Bu, ağdamlıların UEFA Avropa Liqasında ilk qolu olub.
Oyun davam edir.

X X X

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ” – “Vorskla” görüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Hannes Tur Halldorsson, Qara Qarayev, Maksim Medvedev, Simoen Slavçev, Miçel, Araz Abdullayev, Rəşad Sadıqov, Abdulah Zubir, Con Delarj, Yakub Jezniçak və Donald Gerye yer alıblar.
Ukraynanın “Vorskla” klubunun ilk onbirliyində isə meydana Boqdan Şust, İqor Perduta, Nadjip Yakubu, Aleksandr Sklya, Vladislav Kulaç, Vyaçeslav Şarpar, Vladimir Çesnakov, Vadim Sapay, Yuri Kolomoyets, Ardin Dallku və Pavlo Rebenyo çıxıblar.
Aleksey Butovski adına stadionda keçirilən qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Sandro Şörerdi. Bekim Zoqay və Ştefan De Almeyda isə yan xətt hakimi funksiyasını yerinə yetirirlər.
“E” qrupunun digər oyunu İngiltərədə oynanılır. “Arsenal” klubu İngiltərənin “Sportinq” komandasını qəbul edir.
Üç turdan sonra “E” qrupuna 9 xalla “Arsenal” liderlik edir. “Sportinq”in 6, “Vorskla”nın 3 xalı var. Ağdam təmsilçisi qrupda keçirdiyi hər üç görüşdə uduzub.
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 111 dəfə oxundu.