Mehmanı düşünən Fransa XİN 7 nəfər polisin vəhşicəsinə döydüyü vətəndaşını niyə düşünmür?
İnsan haqlarının müdafiəsidirsə, onda Paris küçələrində, Zəfər Tağının yanında, Şanzalizedə polis tərəfindən vəhşicəsində döyülən, rezin güllələrlə vurulan, gözyaşardıcı qazla boğulan vətəndaşlarının hüquqlarını düşünsünlər Bu fakt bir daha təsdiqləyir ki, xaricdəki bəzi dairələr Azərbaycan qarşı təzyiq etmək üçün ən xırda məsələdən belə, istifadə etməyə çalışırlar. Konkret bu məsələ isə ikili standartların nə qədər amansız və həyasızlıqla tətbiq olunmasına əyani misaldır


Fransada keçirilən “sarı jiletlər” aksiyası bütün dünya mediasının izlədiyi olaylar sırasındadır. Ötən ilin sonlarından başlayan aksiyalarda etirazçılar Makron hökukmətinin həyata keçirdiyi siyasətə etiraz edir. Hökumətin qəbul etdiyi bütün qərarlara rəğmən aksiyaların qarşısını almaq mümkün olmur. Sosial şəbəkələr vasitəsilə təşkilatlanan qruplar həftə sonları küçələrə çıxaraq Makron hakimiyyətinə narazılıqlarını bildirirlər. Bu aksiyalar bir çox məsələnin də üstünü açmış oldu. Daha doğrusu bəlli olan bəzi gerçəkliklər bir daha üzə çıxdı. Özü də bütün dünyanın gözü qarşısında. Fransa polisinin aksiya iştirakçılarına tətbiq etdiyi şiddət, həddindən artıq güc tətbiqi dünyanın təəccübünə səbəb oldu. Məsələ ondadır ki, Fransa özünü demokratiyanın mərkəzi sayan dövlətlərdən hesab edir. Bu mənada da bir çox dövlətlərə demokratiya dərsi keçmək hüququna malik olduğunu düşünür. Nədənsə, hesab edir ki, özündə kifayət qədər problemlər olmasına baxmayaraq başqalarına dərs keçə bilər. Başqa ölkədə Fransada olduğu kimi polis aksiya iştirakçılarına qarşı fiziki güc tətbiq etsəydi, yəqin ki, “demokratiya keşikçisi” rolunu oynamaqda hamıdan qabağa düşəcəkdilər. İki aydan çoxdur aksiyalarla başı dərdə olmasına, polisinin həddindən artıq şiddət tətbiq etməsinə baxmayaraq vaxt tapıb Azərbaycanda Mehman Hüseynovla bağlı məsələyə münasibət bildirirlər. Bu məsələyə Fransanın münasibət bildirməsini vacib edən heç bir amil yoxdur. Çünki heç vaxt jurnalistika fəaliyyəti ilə məşğul olmayan və məhkəmə qərarı ilə həbsdə olan bir şəxsin guya aclıq aksiyası keçirməsi- özü də bir gün - nə qədər mühüm siyasi hadisədir ki, Fransa buna münasibət bildirir. İnsan haqlarının müdafiəsidirsə, onda Paris küçələrində, Zəfər Tağının yanında, Şanzalizedə polis tərəfindən vəhşicəsində döyülən, rezin güllələrlə vurulan, gözyaşardıcı qazla boğulan vətəndaşlarının hüquqlarını düşünsünlər. İnternetdə adı bir axtarış verməklə Parisdəki polis şiddəti ilə bağlı istənilən qədər fotoya və videoya rast gəlmək mümkündür. Aksiya zamanı Fransanın 7-8 polisinin yerə yıxılmış bir aksiya iştirakçısını vəhşicəsinə döyməsi ilə bağlı görüntülər var. Mehmanı düşünən Fransa XİN 7 nəfər polisin vəhşicəsinə döydüyü vətəndaşını və onun hüquqlarını niyə düşünmür? Halbuki Mehmanı döyən də yoxdur, üstəlik özü dediyi kimi aclıq etmir, yemək de yeyir, süd də içir…Mehmanla bağlı məsələ çox xırda bir detaldır. Rəsmi məlumat, Ombudsmanın məlumatı, QHT nümayəndələrinin əyani şəkildə tanışlığından sonra verdiyi açıqlamalar və yayılan fotolar da təsdiqlədi ki, aclıq aksiyası yoxdur. Amma Parisdəki bəzi dairələr bundan rahat deyillər. Onları elə bəhanə lazım imiş. Bu fakt bir daha təsdiqləyir ki, xaricdəki bəzi dairələr Azərbaycan qarşı təzyiq etmək üçün ən xırda məsələdən belə, istifadə etməyə çalışırlar. Konkret bu məsələ isə ikili standartların nə qədər amansız və həyasızlıqla tətbiq olunmasına əyani misaldır. Xırda məsələyə belə, reaksiya verən Fransa qanunsuz aksiyaların qadağan edilməsi, bəzi şəxslərin aksiyalarda iştirakını qadağan edən qanun layihəsi hazırlayıb. Bir nəfərə görə narahat olan hökumət yüzlərlə şəxsin hüquqlarını pozmaqdan çəkinmir. Belə görünür ki, Makron hökuməti xalqı dəstəyini itirib. Avropanın aparıcı dövlətlərindən olan İtaliya hökuməti də belə düşünür. Belə ki, İtaliya Fransada keçirilən aksiyalara dəstək verib. Hökumət koalisiyasına daxil olan iki partiya lideri Parisdə keçirilən aksiyaları dəstəkləyiblər. Fransa baş nazirinin müavini Luici Di Maio və daxili işlər naziri Matteo Salvini Parisi qəzəbləndirən açıqlamalar veriblər. Luici Di Maio “sarı jiletlər” aksiyası ilə yeni bir Avropanın doğulduğunu bildirib: “İndiki Fransa hökuməti keçmiş İtaliya hökumətini xatırladır. Fransa hökuməti xalqın istəyini nəzərə almır, vətəndaşların tələblərini dinləmir”. O, partiyasının istifadə etdiyi demokratik vasitələri “sarı jilet”lərlə bölüşməyə hazır olduqlarını da bildirib. Radikal sağ düşüncəsi ilə tanınan daxili işlər nazirinin yazılı açıqlamasında deyilir: “Xalqın istəməməsinə rəğmən ölkəni idarə edən prezidentin siyasətinə qarşı Fransa vətəndaşlarının aksiyalarını dəstəkləyirəm. Amma aksiyalara qarşı tətbiq edilən şiddəti qınayıram”.

Anar Miriyev




Xəbər 136 dəfə oxundu.