“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb

Türkiyənin “Rizespor” klubu Portuqaliyanın “Porto” klubundan Çidozi Avaziemini icarəyə götürüb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 22 yaşlı nigeriyalı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Rizespor” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, müdafiəçi Nigeriya millisinin heyətində 4 oyunda 1 qol vurub.

Xəbər 200 dəfə oxundu.